X.M.Lopes Campos-un ehtiyat sürücüsü ola bilər

Xose Mariya Lopes US F1 komandası ilə müqavilə bağlamışdı, amma bu komanda çox güman ki, çempionatda iştirak edə bilməyəcək və […]

Xose Mariya Lopes US F1 komandası ilə müqavilə bağlamışdı, amma bu komanda çox güman ki, çempionatda iştirak edə bilməyəcək və sürücünün menecmenti Campos-un rəhbərliyi ilə ehtiyat sürücü vakansiyası üzrə danışıqlar aparır. İtaliyanın Dallara şirkətində mövsümün ilk yarışına hazırlanan maşının sükanı arxasında Bruno Senna və Karun Çandhok oturacaqlar, Xose Mariya isə komandanın ehtiyat sürücüsü ola bilər…

Viktor Rosso, sürücünün menecmentinin nümayəndəsi: “Bizim Campos-la ehtiyat sürücü müqaviləsi bağlamaq şansımız yüksəkdir. Hazırda menecer Felipe MakQof US F1-lə müqaviləni pozmaqla məşğuldur və pulları geri qaytarmağa çalışır – yeni müqavilə bundan asılıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*