V.Liutsi sükan arxasına qayıda bilər?

Vitantonio Liutsinin adı son günlər yenidən avtoyarış xəbərlərində çəkilib: Force İndia komandasının test sürücüsü A1GP seriyasında İtaliya komandasının tərkibində kifayət […]

Vitantonio Liutsinin adı son günlər yenidən avtoyarış xəbərlərində çəkilib: Force İndia komandasının test sürücüsü A1GP seriyasında İtaliya komandasının tərkibində kifayət qədər uğurla debüt edib. Ona tanış olmayan maşının sükanı arxasında, ona tanış olmayan Portuqaliyanın Portimao şəhərində Alqarve trasında italiyalı sürücü poul qazanıb, amma yarışda heç podiuma da qalxa bilməyib: birinci yarışda komanda pit-stopda onu ləngidib və nəticədə dördüncü olub, ikinci yarışda isə onuncu yerdən start alamsına baxmayaraq ikinci yer uğrunda mübarizədə Marko Andretti onu trasdan çıxardıb.

GPWeek internet qəzeti hesab edir ki, Liutsinin Force İndia ilə müqaviləsində 2010-cu ildən onun yarışlara qatılması barədə maddə var, amma A1GP seriyasındakı uğurlu debütü komandanın sahibi Vicey Malyanı artıq bu mövsümdən sürücünü əsas maşınlardan birinin sükanı arxasına oturtmağa məcbur edə bilər.

Nəzəri cəhətdən belə bir senari istisna deyil, əgər Adrian Sutil və Cankarlo Fizikella yaxın yarışlarda yaxşı nəticə göstərə bilməsələr hər şey ola bilər. Mövsümün gedişində testlərin qadağan olunmasını nəzərə alsaq, A1GP seriyasında çıxışı Formula1-ə qayıtmaq üçün əla məşq saymaq olar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*