T.Qlok Braziliya Qran Prisini buraxacaq

Timo Qlok Suzukada sıralanma turunda keçirdiyi qəza zamanı aldığı zədənin üzündən Braziliya Qran Prisinin startına çıxa bilməyəcək, Qran Pridə onu […]

Timo Qlok Suzukada sıralanma turunda keçirdiyi qəza zamanı aldığı zədənin üzündən Braziliya Qran Prisinin startına çıxa bilməyəcək, Qran Pridə onu komandanın test sürücüsü Kamui Kobayaşi əvəz edəcək – bu barədə Toyota komandasının mətbuat xidməti reliz yayıb…

Relizdə deyilir: “Panasonic Toyota Racing komandası təəssüflə bildirir ki, Suzukada sıralanma turunda aldığı zədə üzündən Timo Qlok Braziliya Qran Prisində iştirak etməyəcək.

Əvvəl müəyyən edilmişdi ki, Timonun yalnız ayağı kəsilib, amma Almaniyada keçirilmiş sonrakı tibbi müayinələr göstərib ki, onun fəqərələrindən biri çatlayıb. Ona görə də həkimlər növbəti yarışdan Timonu azad ediblər.

İnterlaqosda Timonu komandanın ehtiyat və test sürücüsü Kamui Kobayaşi əvəz edəcək. Kaumi Suzukada cümə sərbəst yürüşlərində xəsətələnmiş Timonu əvəz etmişdi və çətin hava şəraitinə baxmayaraq, işinin öhdəsindən gəlmişdi.

Timo Qlokun Abu Dabi Qran Prisində iştirakı barədə qərarı komanda sonra qəbul edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*