F.Massa: “Altıncı yer bizim maksimumdur”

Monakoda Ferrari sürücüləri yalnız Brawn GP sürücülərinə uduzmuşdular və komanda İstanbulda da uğur qazanmağa ümid edirdi, amma yarışda maşınlar çox […]

Monakoda Ferrari sürücüləri yalnız Brawn GP sürücülərinə uduzmuşdular və komanda İstanbulda da uğur qazanmağa ümid edirdi, amma yarışda maşınlar çox yavaş olublar. Yeddinci yerdən start alan Felipe Massa Rubens Barrikellonun uğursuzluğu sayəsində yarışı altıncı yerdə başa vura bilib…

Felipe Massa: “Çox çətin yarış oldu, finişdə altıncı yer bu gün bizim maksimumdur – biz kifayət qədər sürətli deyildik və irəlidə olanlarla mübarizə apara bilmədik. Maşın üzərində işimizi sürətləndirməliyik və artıq Silverstounda uğur qazanmalıyıq.

Cümədən başlayaraq təkərlər yaxşı işləmirdilər – məsələn, bu gün yumşaq təkər əvvəlki iki günə nisbətən daha yaxşı işləyirdi, amma ondan istifadə risk idi, axı artıq dünən onların necə sürətlə yeyilməsini görmüşdük.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*