Təqvimin davamı iyulun əvvəli açıqlana bilər

Builki təqvimin hələ ki, cəmi ilk 8 yarışı təsdiq edilib. Bu ayın sonunadək təqvimin davamının açıqlanacağı gözlənilirdi, lakin belə görünür ki, hələ 10 gün də gözləməli olacağıq.

F-1.az bildirir ki, Asiya və Amerika qitəsində virusun tüğyan eləməsi Liberty Media-nın təqvimi formalaşdırmasını xeyli çətinləşdirir. Avstriya Qran Prisi günlərində daha bir neçə mərhələnin elan ediləcəyi gözlənilir. Çox güman ki, Mucello F1-i qəbul etmək istəyinə sentyabrın 13-də çatacaq.

F1 rəhbərliyi Hokkenhaymın təqvimə düşmə ehtimalını rədd etmir – məşhur trasa ehtiyat variant kimi yanaşılır, əgər Soçidəki yarış baş tutmayacaqsa, onu əvəzləyə bilər. Bu halda da İmola rəhbərliyinin yarış keçirmək arzusu ürəyində qalacaq.

Portuqaliyanın Alqarve trasının da təqvimə daxil olmaq üçün yaxşı şansı var – avtodrom üçün 4 oktyabrın ayrıldığı bildirilir. Mövsümün Orta Şərqdə başa çatacağı demək olar ki, dəqiqdir. Noyabrın sonu və dekabrın əvvəlində Bəhreyndə fərqli konfiqurasiyalarda 2 yarışın olması, Əbu Dabidə isə çempionatın yekunlaşacağı gözlənilir…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*