15 Sentyabr 2019, Bazar - 17:48

Team Lotus – T128

Team Lotus – T128

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:47 - 01 Fevral, 2011

Yanvarın 31-də Team Lotuskomandası öz yeni maşınının virtual təqdimatını keçirib və öz rəsmi saytnda Team Lotus Notes onlayn-jurnalının xüsusi buraxılışını […]

Yanvarın 31-də Team Lotuskomandası öz yeni maşınının virtual təqdimatını keçirib və öz rəsmi saytnda Team Lotus Notes onlayn-jurnalının xüsusi buraxılışını dərc edib…

Maşının indeksi əvvəl elan olunduğuna (TL11) müvafiq olmayıb – maşın vərəsəliyi qoruyaraq keçənilki maşının ideksini davam etdirib – T128, elan olunduğundan fərqli olaraq, keçənilki rəng çalarları da saxlanılıb.

Keçən il komanda konservativ metoddan istifadə etmişdi, amma T128-in konstruksiyasında aerodinamik yeniliklər kifayət qədər çoxdur – 2010-cu ildə mühəndislər maşının təkmilləşdirilməsini vaxtından əvvəl dayandıraraq, 2011-ci ilin layihəsinə başlamışdılar.

lot-2
Toni Fernandes: “T128-in təqdimatı bizim komanda üçün böyük addımdır və mən onun hazırlanmasında iştirak edən hər bir kəsə təşəkkür etmək istəyirəm, o cümlədən RenaultRed Bull Technology şirkətlərinə – onlar bizə bu addımı atmaqda kömək etdilər.”

T128-ə Renault motoru və Red Bull ötürmələr qutusu quraşdırılıb, komandanın texniki direktoru Mayk Qaskoyn maşının perspektivlərini nikbinliklə qiymətləndirib…

Mayk Qaskoyn: “Keçən ilin ilk yarısında biz köhnə maşının davranışını öyrənirdik, mövsümün ortalarına qədər komandanı tam formalaşdırdıq və həmin vaxtdan yeni maşının üzərində işləməyə başladıq.

Keçənilki maşın birdəfəlik layihə idi, bizim müddətləri və imkanları nəzərə alaraq biz yeni maşını sıfırdan qurmuşuq. Yeni maşın sələfindən tam fərqlənir, T128 gələcək layihələrimiz üçün baza olacaq.

Yeni maşın bütün müasir ənənələrə cavab verir, aerodinamik cəhətdən optimal hazırlanıb. Maşın təxminən 4 min detaldan ibarətdir. Məncə, bizim yeni maşın bütün komponentlərdə rəqabətədavamlı olacaq. Biz təcrübəli komandalarla mübarizə aparmaq istəyirik və mən hesab edirəm ki, bu məqsədə çatmaq olar.”

lot-3
Team Lotus komandasının baş konstruktoru Lyuis Batler təsdiq edib ki, mövsümə KERS-siz başlayacaq, amma mövsümün gedişində ehtiyac olarsa, sistem şassiyə yerləşdirilə bilər…

Lyuis Batler: “KERS-dən mövsümün əvvəlində imtina etmişik, bu bizim işimizi yüngülləşdirdi, maşının elementlərini yerləşdirmək bizə çox asan oldu – KERS elementlərin optimal yerləşdirilməsini çətinləşdirir. KERS-in yerləşdirilməsi aerodinamik seçim zamanı azadlığı azaldır.”

lot-4
Mart ayında Yarno Trulli Formula1-də 15-ci mövsümünə başlayacaq. Təcrübəli italiyalı sürücü ümid edir ki, yeni maşın elə ilk yarışdan xal qazanmağa imkan verəcək…

Yarno Trulli: “Bu il Bəhreyn Qran Prisinin startına mən başqa hisslərlə çıxacam. Keçən il mən yalnız finişə çatmaq barədə düşünürdüm, indi isə xal uğrunda mübarizə aparmaq istəyirəm. Yeni maşında bu məqsəd real olmalıdır.”

Heykki Kovalaynen: “Son altı həftə maraqlı alındı – mən gərgin məşq eləmişəm və düşünürəm ki, mən çox yaxşı formadayam – hələ belə güclü olmamışdım.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 285
Teqlər
Paylaş

logo