Force İndia F1 Team – VJM04

Bu gün Force İndia komandası yeni VJM04 maşınnın on-layn təqdimatını keçirib. Şassi mövsümə xarakterik olan yan pantonlar və mürəkkəb quruluşlu […]

Bu gün Force İndia komandası yeni VJM04 maşınnın on-layn təqdimatını keçirib. Şassi mövsümə xarakterik olan yan pantonlar və mürəkkəb quruluşlu ön antiqanad alıb, yuxarı təhlükəsizlik strukturu və hava kanalı isə Team Lotus komandasının yeni maşınını xatırladır.

forc-2
Komanda hesab edir ki, VJM04 irəliyə doğru böyük addımdır və dünya çempionatında yüksək səviyyəyə qalxmağa imkan verəcək.

Vicey Malya: “Bu il biz daha nikbin köklənmişik. Bizim üç güclü sürücümüz var, onlar hər yarışda xal qazanmağa, podium və qələbə uğrunda mübarizə aparmağa hazırdırlar. Bizim təcrübəli texniki komandamız texniki reqıamentdəki dəyişiklikləri nəzərə alıb. Bundan başqa McLaren Applied TechnologiesMercedes-Benz High Performance Engines şirkətləri kimi tərəfdaşlarımızla əməkdaşlıq bizim qarşımızda əlavə imkan və resurslar açır.”

forc-3
Komandanın icraçı direktoru Otmar Safnauer 2011-ci il mövsümü üçün konkret məqsədi açıqlayıb – Mühəndislər Kubokunda beşinci yer…

Otmar Safnauer: “Keçən il biz inamla yeddinci yeri tutduq, amma uzun müddət mövsümün gedişində altıncı idik. Biz həmişə inkişafa çalışırıq və bu il bizim məqsədimiz – çempionatı daha yüksək yerdə başa vurmaqdır.

Ona görə də bizim vəzifəmiz – Mühədislər Kubokunda beşinci yeri qazanmaqdır, buna nail olmaq üçün mövsümün bütün yarışlarında xal qazanmaq lazımdır. Mövsümün bütün gedişi boyu biz maşını təkmilləşdirməliyik – əgər hər şey uğurlu alınsa, çox güman ki, biz podium və qələbə uğrunda da mübarizə apara biləcəyik.”

forc-5
VJM04 – yeni texniki direktor Əndi Qrinin rəhbərliyi altında hazırlanmış ilk maşındır…

Əndi Qrin: “Maşında hər şey başqa cürdür, hərçənd, kənardan fərqlər seçilmir. Aşkar nəzərəçarpan dəyişiklik ondan ibarətdir ki, biz ənənəvi yuxarı təhlükəsizlik strukturundan imtina etmişik: indi maşının yuxarı hissəsi lezvanı xatırladır, bu isə başqa elementlərin yerləşdirilməsini asanlaşdırır. Başqa aerodinamik hava kanalları qadağan oldunuğu üçün motorun üstündəki hava kanalı formasını dəyişib. Amma maşının daxilində dəyişiklik çoxdur, sadəcə gözə görünmür.”

forc-6
Komandanın əsas sürücüləri də qarşıdakı mövsümü səbirsizliklə gözləyirlər. Alman Adrian Sutil bu il mütəmadi olaraq xal toplamağa və podiumlar uğrunda mübarizə aparmağa ümid edir…

Adrian Sutil: “Mövsümün startını səbirsizliklə gözləyirəm. Keçən il mən ilk onluğa düşə bilmədim, amma ümid edirəm ki, 2011-ci ildə bunu edə biləcəm. Son iki ildə komanda çox inkişaf edib və burda, Silverstounda bazada gördüyümüz kimi və aerodinamik boruda sınaqlar zamanı aldığımız məlumatlara əsasən, bu il biz güclü olmalıyıq.

Məqsədimiz keçənilki nəticələri yaxşılaşdırmaqdır, ona görə də stabillik uğurun açarıdır. Biz hər yarışda xal qazanmalıyıq, imkan olduqda isə poidum və qələbəni də qaçırmamalıyıq, buna bizim gücümüz çatar.”

forc-4
Bu il Sutilin komanda yoldaşı Pol di Resta olacaq. Şotlandiyalı sürcüü Avropanın Formula3 və DTM seriyalarında titul qazandıqdan sonra, mütəxəssislər gənc sürücüdən Formula1-də də güclü çıxış gözləyirlər…

Pol di Resta: “Mən konkret məqsəd və vəzifələrdən danışmaq istəmirəm, çünki burda faktorların sayı olduqca çoxdur. Mən pozitiv dinamikaya nail olmaq, stabil çıxış etmək və komandaya kömək etmək istəyirəm. Komandanın məqsədləri ciddidir, biz Mühəndislər Kubokunda beinci yeri tutmaq istəyirik və mən bilirəm ki, bu məqsəddə mənim xüsusi rolum var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*