21 Sentyabr 2019, Şənbə - 23:40

Lotus Renault GP – R31

Lotus Renault GP – R31

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:19 - 01 Fevral, 2011

Lotus Renault GP komandası bu gün səhər Valensiyada yeni maşınını jurnalistlərə təqdim edib – Robert Kubitsa və Vitaliy Petrov pərdəni […]

Lotus Renault GP komandası bu gün səhər Valensiyada yeni maşınını jurnalistlərə təqdim edib – Robert Kubitsa və Vitaliy Petrov pərdəni açdıqdan sonra toplaşanlar R31-i tarixi qızılı-qara rəngələrdə görüblər…

Keçənilki mövsümdən sonra komandada ciddi dəyişikliklər baş verib – indi Renault şirkəti ilə münasibətlər yalnız motor təchizatı və texniki yardımla məhdudlaşır, amma komandanın titul sponsoru digər avtoistehsalçı olub – Group Lotus şirkəti. Yeni maşın Lotus-un ənənəvi rənglərinə boyanıb, rəhbərlik və texniki mütəxəssislərin tərkibi dəyişməyib, komanda isə qarşısına yüksək məqsədlər qoyub…

ren2
Jerar Lopes, komandanın sahibi: “Bu il Genii Capital və Lotus Renault GP yüksək məqsədlər güdürlər. İndi biz komandanın tam sahibiyik və mövsümə inkişaf etmək arzusu ilə başlayırıq. Mən komandanın yeni tərəfdaşı – Lotus Cars şirkətini salamlamaq istəyirəm və Renault şirkətinə əməkdaşlığa görə minnətdarlıq edirəm.

Bizim məqsədimiz liderlər qrupunda mübarizə aparmaqdır, biz istənilən imkandan yararlanmalıyıq və uğur qazanmalıyıq. Biz hiss edirik ki, bu çağırışa hazırıq.”

Erik Bulye, komandanın başçısı: “Qışda biz ciddi işləmişik, nəticədə maşın 92% yeni elementlərdən təşkil olunub. Amma texniki yeniliklər uğurun tək faktoru deyil – biz daxili prosesləri də yeniləyərək onların effektiyini 15% qaldırmışıq. Bu isə o deməkdir ki, biz trasda rəqabətədavamlı olacayıq.”

ren3
Ceyms Əllison, komandanın texniki direktoru: “Hazırda aqresiv və innovasiyalı kəlmələri Formula1-də dəbdədir, amma R31-ə bu kəlmələrin hər ikisini aid eləmək olar. Kənardan baxan kimi yeni maşının keçənilkindən əsaslı fərqlənməsi görünür.

Bu il yeni texniki reqlament qüvvəyə mindiyi üçün R31 tamamilə yeni şassidir. Bu il KERS qayıdır, biz sistemi maşının konfiqurasiyasına uğurla yerləşdirmişik. Biz arxa asılqanların konfiqurasiyasını da dəyişmişik. Bütün yeniliklər bizim məqsədimizə çatmağa kömək etməlidir.”

ren5
Bu il komanda sürücü heyətini saxlayıb – sükan arxasına Robert Kubitsa və Vitaliy Petrov oturacaqlar, amma ehtiyat sürücülər tərəfdən rəqabət ciddi olacaq – komandanın mövsümdə beş ehtiyat sürücüsü olacaq – Bruno Senna, Roman Qrojan, Fayruz Fauzi, Ho-Pin Tun və Yan Harouz. Düzdür, cümə sərbəst yürüşlərində onların iştirakları hələlik planlaşdırılmayıb, çünki komanda liderlərlə mübarizə aparmaq fikrindədir, ona görə bütün məşqlərdə əsas sürücülərlə işləmək lazımdır.

ren4
Robert Kubitsa: “Uzun fasilədən sonra sükan arxasına qayıtmaq və starta çıxmaq istəyirəm mövsümün startını səbirsizliklə gözləyirəm. Mənim maşınım yeni rənglərə boyanıb, reqlamentdə isə ciddi dəyişikliklər var – ikiqat diffuzor qadağan olunub, arxa antiqanadın hərəkətli elementi və KERS əlavə olunub, yeni Pirelli təkərləri gəlib. Bütün bunlara öyrəşmək lazımdır, amma mövsümün startına biz yaxşı formada olacayıq.”

ren6
Vitaliy Petrov: “Mən fəxr edirəm ki, belə bir komandada çıxış edirəm və ümid edirəm ki, bir yerdə biz uğur qazanacayıq. Komanda mənə inanır və mən bu seçimin səhv olmamasınıs übut etməyə çalışacam. Mən tam mübarizəyə köklənmişəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 332
Teqlər
Paylaş

logo