23 Oktyabr 2019, Çərşənbə - 16:48

Vodafone McLaren Mercedes – MP4-25 (video)

Vodafone McLaren Mercedes – MP4-25 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:18 - 31 Yanvar, 2010

Bu gün yerli vaxtla saat 11:00-da Vodafone McLaren Mercedes komandası Vodafone-nin Nyuberidə Britaniya şöbəsinin mənzil qərargahında yeni maşınını nümayiş etdirib. […]

Bu gün yerli vaxtla saat 11:00-da Vodafone McLaren Mercedes komandası Vodafone-nin Nyuberidə Britaniya şöbəsinin mənzil qərargahında yeni maşınını nümayiş etdirib. Eyni zamanda komandanın rəsmi saytında təqdimat mərasimi canlı olaraq yayımlanıb və yayım zamanı heç bir texniki problemlər yaşanmayıb. Mərasimi komandanın başçısı Martin Uitmarş açıb, o Mercedes Motorsport-un vitse prezidenti Norbet Hauqun müəyyən səbəblər üzündən mərasimdə iştirak etməməsindən təəssüflənib və komandanın qarşısında duran vəzifələrdən danışıb…

mc3
Martin Uitmarş: “Hər il Formula1-də biz texniki reqlamentdəki dəyişikliklərlə əlaqədar olaraq yeni çağırış qəbul edirik, 2010-cu il də istisna deyil. Bu dəfə biz ilk andan ikiqat diffuzor konsepsiyası olan maşının üzərində işləmişik. Yanacqdoldurmaya qadağa ona gətirib çıxarıb ki, yanacaq bakı iki dəfə böyüyüb, eyni zamanda təkərlərə, asılqanlara və ümumiyyətlə, şassiyə yüklənmələr də iki dəfə artıb.

Qabaq təkərlərin eninin azaldılması isə konstruktorlar qarşısında yeni vəzifələr qoyub, həmçinin, sürücülər qarşısında da. Censon Batton sonuncu dünya çempionudur, o yeni qələbələr arzu edir, eyni azrularla ondan əvvəlki dünya çempionu – Lyuis Həmilton yaşayır. Bizim müasir Formula1-də ən güclü sürücü cütlüyümüz var və komandanın sürücüləri birlikdə işləməyə hazırdırlar. Bizim məqsədimiz aydındır – biz qələbə arzulayırıq.”

Yeni McLaren MP4-25 ənənəvi rəng çalarlarına boyansa da, ənənəvi görünüşə malik deyil – reqlamentlə əlaqədar olaraq maşının ölçüləri dəyişib, aerodinamika tam yenilənib, bir çox yeni elementlər əlavə olunub…

mc4
Pəddi Lou, texniki direktor: “Bu çox çətin və eleqant maşındır, maşın aerodinamika və mexanika şöbələrinin mütəxəssislərinin çox sıx əməkdaşlığı nəticəsində əmələ gəlib.

Maşının hazırlığı ilə məşğul olan kollektiv qarşısında çətin vəzifə qoyulmuşdu, axı indi komandada bir deyil, iki dünya çempionu çıxış edəcək. Biz Censon və Lyuisə elə bir maşın vermək istədik ki, onlar öz işlərinin öhdəsindən asanlıqla gələ bilsinlər. Məncə, biz buna nail olmuşuq.”

Tim Qoss, baş mühəndis: “FİA-nın keçən ilin əvvəllərində elan etdiyi təlimata əsasən biz maşının altlığı və ikiqat diffuzor üzərində işləri tamamilə yenidən başladıq. Axı 2010-cu ildə məhz bu elementlər yarışda ciddi üstünlük yaradacaq. Ona görə də biz MP4-25-in arxa hissəsini də tam dəyişdik. Maşın keçənilkindən uzundur, çünki yanacaq bakı iki dəfə böyüyüb, bununla şassi və maşının korpusu da aşağı düşüb. KERS-dən imtina nəticəsində daxili yerləşdirmədə və çəki paylanmasında da ciddi dəyişikliklər etmişik. Aerodinamik dəyişikliklər isə nəzərəçarpacaq dərəcədədir.

Motorun üzərində əlavə hava kanalı qoyulub və bu tədricən maşının arxa antiqanadına keçir, belə bir element maşının arxa hissəsinin asfalta yatma qüvvəsinin səviyyəsini maksimum təmin edəcək. Buna oxşar elementdən biz keçən il Monakoda istifadə etmişdik, bu elementlər çox sadə və effektivdirlər.”

Mərasim başlanandan 10 dəqiqə sonra Censon Batton və Lyuis Həmilton yeni maşının üzərindən ağ pərdəni çəkiblər və jurnalistlər ilk dəfə MP4-25-i görüblər…

mc5
Censon Batton: “Mən burda iştirakımla fəxr edirəm və bilirəm ki, bir il burnuna bir yazılmış maşının sükanı arxasında oturacam: bu ciddi məsuliyyət və böyük şərəfdir. Testlərin ilk günündən mən komanda ilə işləyəcəm, maşını öyrənəcəm, onu ilk yarışa hazırlayacam. Mən bir neçə dəfə demişəm: mövsümdə üstünlüyü o komanda qazanacaq ki, testlərin gedişində onu ən tez təkmilləşdirsin.

Yeni maşın əla görünür. Keçən ilin startı komanda üçün yaxşı alınmamışdı, bu, komandanı yeni qəhrəmanlıqlara ruhlandırıb, komanda bu mövsümdə uğur qazanmağa çalışacaq. Bazanın əməkdaşları deyirlər ki, bu qış onların yadlarına gələn ən gərgin dövr olub. Mən tezliklə maşının sükanı arxasında trasa çıxmaq istəyirəm.”

Lyuis Həmilton: “Keçənilki maşınla fərq çoxdur və mən fəxr edirəm ki, yeni maşının hazırlanmasında mənim də əməyim var. Əminəm ki, trasda da maşın keçənilkindən fərqli olacaq.

Biz MP4-25-in üzərində çox işləmişik, əməkdaşlarımız tam çalışıblar, onlar maşının asfalta yatma qüvvəsini və aerodinamik effektliyi maksimum səviyyəyə çatdırıblar. Mən bilirəm ki, bu maşın nə qədər yuxusuz gecələrin hesabına başa gəlib, amma son yekunda əla maşın alınıb.

Əlbəttə, həm mən, həm də Censon bu maşının sükanı arxasında ancaq qələbə uğrunda mübarizə aparacayıq, biz bunu başa düşürük. Aydındır ki, hər ikimiz də çempion olmaq istəyirik – bu bizim məqsədimizdir, amma bizim hər ikimiz komandaya Mühəndislər Kubokunu qazandırmağa çalışacayıq. Əminəm ki, bizi əla mövsüm gözləyir!”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 387
Teqlər
Paylaş

logo