20 Sentyabr 2019, Cümə - 01:19

AT&T WilliamsF1 Team – FW32

AT&T WilliamsF1 Team – FW32

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:04 - 03 Fevral, 2010

Williams komandası Valensiya testlərinə rəsmi təqdimat mərasimi keçirmədən başlayan yeganə komanda olub – bu gün səhər Rubens Barrikello yeni FW32-nin […]

Williams komandası Valensiya testlərinə rəsmi təqdimat mərasimi keçirmədən başlayan yeganə komanda olub – bu gün səhər Rubens Barrikello yeni FW32-nin sükanı arxasına oturub və onu trasa çıxarıb.

Sistemlərin ilkin sınağı uğurlu alınıb, braziliyalı sürücünün ilk təəssüratları pozitiv olub – yeni maşın onun xoşuna gəlib, amma Rubens qeyd edib ki, adaptasiya üçün vaxt lazımdır…

wil2
Rubens Barrikello: “Bu gün mənim hər şeydən xoşum gəldi, elə bil ki, ilk dəfə birinci sinfə getmisən! İlkin testlərin göstəricilərindən nəticə çıxarmaq düzgün deyil. Bəlkə də, proqnoz verənlər də testlərin sonunu gözləyəcəklər – heç kim bilmir ki, kimin maşınında nə qədər yanacaq var. İstisna deyil ki, Bəheryndə sıralanma turuna qədər biz bunu bilməyəcəyik.

Biz maşının balansı ilə məşğuluq, maşın çox etibarlı alınıb. Ümumiyyətlə, gün pis keçmədi.”

wil4
Səm Maykl, texniki direktor: “Gün məhsuldar keçdi, biz 75 dövrə vura bildik. Nəzərə alsaq ki, bütün texnika yenidir, xüsusən də Cosworth motoru, heç bir problemin yaranmaması çox xoşdur.

Sessiyanın sonunda drosseli idarə edən proqram təminatında kiçik problem yaşandı, amma bu sabah asanlıqla yoluna qoyulacaq.”

wil5


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 266
Teqlər
Paylaş

logo