Mercedes GP Petronas – MGP W02

Bu gün mövsümöncəsi testlər başlamazdan öncə Valensiyada Rikardo Tormo adına trasda Mercedes GP komandası 2011-ci il mövsümü üçün hazırladığı yeni […]

Bu gün mövsümöncəsi testlər başlamazdan öncə Valensiyada Rikardo Tormo adına trasda Mercedes GP komandası 2011-ci il mövsümü üçün hazırladığı yeni MGP W02 maşınını təqdim edib…

Yeni şassi ümidləri doğrultmayan sələfindən əsaslı fərqlənir: burun elementi ciddi dəyişib və yuxarı qaldırılıb, panton və hava kanalları böyüdülüb.

mer-2
Mercedes GP komandasının başçısı Ross Braun əmindir ki, qarşıdakı mövsüm konsernin zavod komandası üçün daha uğurlu olacaq. Keçən il “Gümüşü oxlar” bir qələbə belə qazana bilməmişdilər, mövsümü isə Mühəndislər Kubokunda dördüncü yerdə başa vurmuşdular…

mer-3
Ross Braun: “Yeni maşının ilk dəfə trasa çıxamsını izləmək həmişə maraqlıdır – bu maşın da istisna deyil. Mercedes-Benz konserninin zavod komandası kimi birinci mövsümdən sonra biz ümid edirik ki, şassi və motor şöbələrinin bigə əməyindən bəhrələnəcəyik. Bizim yaxşı texniki strukturumuz var, biz trasda və bazada mühəndislərin işinin effektliyini qaldırmışıq və mən əminəm ki, bu il biz yaxşı nəticə göstərəcəyik.

Biz mövsümün ilk yarışıdan yüksək nəticə göstərməyə çalışacayıq, əgər alınmasa, onda buna cəld reaksiya verməliyik və mübarizəyə qoşulmalıyıq. Bütün komanda mövsümün startını səbirsizliklə gözləyir.”

mer-4
Komandanın sürücüləri də əmindirlər ki, yeni maşın irəliyə doğru böyük addımdır…

Mixael Şumaher: “Mən yeni mövsümü inamla gözləyirəm. Biz bu barədə çox demişik, amma mən bir daha təkrarlayıram: biz irəliyə doğru böyük addım atmışıq və mən tərəddüd etmirəm ki, bu il biz daha çox podium qazanacayıq və komandanın ilk qələbəsini görəcəyik.”

mer-5
Niko Rosberq: “Səbirsizliklə mövsümün başlanmasını gözləyirəm, bu il biz güclü olmalıyıq. Biz birinci cərgələrdə mübarizə aparmaq və qələbə qazanamq istəyirik. Brəkli və Briksuortdakı bazaların hər bir əməkdaşı yeni maşının üzərində gərgin işləyib – yeni “gümüşü ox” gərgin kollektiv əməyin nəticəsidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*