Lotus F1 Team – E23 (video)

F-1.az xatırladır ki, Lotus komandasının 2015-ci il mövsümü üçün hazırladığı yeni maşının təqdimatı hələ Xeresdə baş tutacaq, amma bu gün […]

F-1.az xatırladır ki, Lotus komandasının 2015-ci il mövsümü üçün hazırladığı yeni maşının təqdimatı hələ Xeresdə baş tutacaq, amma bu gün komandanın mətbuat xidməti yeni E23 Hybrid-in ilk təsvirlərini yayıb.

lotus-02
Mətyu Karter, komandanın icraçı direktoru: “E23 Hybrid Lotu komandasının tarixində yeni bir eranı açır. Biz Mercedes-lə əməkdaşlığa başlamaqla, yalnız motor təchizatçımızı dəyişməmişik, biz həm də qışda çox böyük işlər görmüşük. Bazada bütün şəbələr yeni maşınının hazırlanmasından vacib işlər görüblər, bununla da irəliyə doğru böyük addım atmışıq. Bütün komanda səbirsizliklə yeni mövsümün başlamasını gözləyir”.

lotus-03
Nik Çester, komandanın texniki direktoru: “E23 Hybrid irəliyə doğru böyük addımdır. Sirr deyil ki, keçənilki maşınımız böyük problemlərlə üzləşdi, ona görə də bu dəfə həmin problemləri aradan qaldırmaq üzərində ciddi işləmişik. Aerodinamik boruda ciddi nəticələr əldə etmişik, indi həmin nəticələri trasda doğrultmağa çalışacayıq”.

lotus-04

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*