15 Sentyabr 2019, Bazar - 17:48

Sauber F1 Team – C31 (video)

Sauber F1 Team – C31 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:00 - 10 Fevral, 2012

Mövsümöncəsi testlərin startına bir gün qalmış Sauber komandası yeni maşınını təqdim edib. Xeres avtodromunun start düzlüyündə Kamui Kobayaşi və Serxio […]

Mövsümöncəsi testlərin startına bir gün qalmış Sauber komandası yeni maşınını təqdim edib. Xeres avtodromunun start düzlüyündə Kamui Kobayaşi və Serxio Peres C31-in üzərindən pərdəni çəkiblər, sonra jurnalistləri qısa mətbuat konfransına dəvət ediblər. Komandanın başçısı Peter Zauber qarşıdakı mövsümdə vəzifələrdən danışıb…

Peter Zauber: “Biz yeni mövsümə keçən il olduğu kimi güclü başlamaq istəyirik, amma bu dəfə bütün mövsüm boyu nəticələrimizi yüksək səviyyədə saxlamağa çalışacayıq. Bizim məqəsədimiz mütəmadi xal toplamaqdır ki, Mühəndislər Kubokunda daha yüksək yer qazanaq.

Sauber C31-in konstruksiyasında perspektiv elementlərdən istifadə olunub, amma yeni maşın əvvəlki modelin təkamülüdür. Biz yeni mövsümə köhnə sürücülərimizlə başlayırıq, Kamui üçün Formula1-də üçüncü tam mövsüm olacaq. Keçənilki debütant Serxio isə çətin tanışlıq mövsümündən sonra özünü peşəkar göstərməyə çalışacaq. Onlar keçənilki yarış mühəndisləri ilə işləyəcəklər.”

sau-2
Maşının rəng çaları bir qədər dəyişib, C31-in burun elementi və arxa hissəsi boz rəngə boyanıb. Ön hissənin konsepsiyası dəyişməz qalıb, mövsümə xas olan “pillə”nin köməyi ilə yeni reqlamentə uyğunluq əldə olunub. Maşın keçmiş texniki direktor Ceyms Kinin başçılığı altınd ahazırlanıb, amma Ki bir neçə gün əvvəl komandanı tərk edib və yenilik barədə baş konstruktor Mətt Morris danışıb…

Mətt Morris: “С31 – inqilabi maşındır, biz bir çox yeniliklər tətbiq etmişik, xüsusən də maşının arxa hissəsində, yəni C30-un güclü xüsusiyyətlərini saxlamaqla problemlərini həll etmişik.

Testlərin əvvəlində biz şassinin baza versiyasını yoxlayacayıq, tədricən müəyyən yenilikləri qoşmaqla konfiqurasiyanı da təkmilləşdirəcəyik. Avstraliyada maşının tam modernizə olunmuş versiyasını görəcəksiniz.”

sau-3
Kamui Kobayaşi: “Qarşıdakı mövsüm karyeramda üçüncü mövsüm olacaq, bundan əlavə mən üçüncü ildir ki, eyni komandada işləyəcəm – biz çox çətinliklərdən keçmişik və bu təcrbədən istifadə edə bilərik.

Mən komandaya yeni gələndə ilk yarışlarda uğursuz çıxış etmişdim, amma mövsümün ikinci yarısında güclü oldum. İkinci mövsümdə isə hər şey tam tərsinə oldu. Qarşıdakı mövsümdə biz stabil xal qazanmalıyıq. Mən səbirsizliklə yeni yarışları gözləyirəm.”

sau-4
Serxio Peres: “Mənə elə gəlir ki, debüt mövsümüm üç il çəkdi, o qədər hadisə baş verdi ki! 2012-ci ildə mən inkişafa ümid edirəm və stabil yüksək nəticələr əldə etmək istəyirəm.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 338
Teqlər
Paylaş

logo