Ferrari yeni SF1000-i təqdim edib

Ferrari komandası təmtəraqlı mərasimlə 2020-ci il bolidi SF1000-i təqdim edib. Beləliklə, Formula1-in ən titullu komandası yeni maşınını göstərən ilk komanda olub.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il gözlənilən performansı göstərə bilməmiş və sadəcə 3 yarış qazanaraq mövsümü yenə də ikinci yerdə bitirmişdilər. Buna görə də italyanlar bu mövsüm keçənilki uğursuzluğu unutdurmaq istəyirlər.

Ferrari-nin yeni bolidi gözlənildiyi kimi mat qırmızı rəngdədir. Bolidin ön tərəfi keçənilki kimidir. Lakin orta qisimdə ciddi dəyişikliklər görürük. Boliddə saydpodun quruluşu və hava girişləri dəyişdirilib. Saydpodun üzərindəki üfüqi qanad və güzgülər də keçən ilə nisbətən fərqlidir. Üfüqi qanad keçən il saydpodun yanındakı şaqüli qanada bağlı idi. Lakin bu il iki hissə bir-birindən ayrılıb. Bolidin arxa tərəfi keçən ildən fərqli olaraq incəlib. Bunlardan başqa bolidin arxa asılqan sistemində də dəyişikliklər edildyi deyilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*