T.Volff: “Yeni dünyaya xoş gəlmişsiniz”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottasın Avstraliyada yüksələ bilməməsi Formula1-in yeni dünyasını əks etdirir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 15-ci yerdən başlamış və 8-ci yerdə bitirmişdi. Amma 28 yaşlı sürücü sadəcə 3 sürücünü – Esteban Okon, Ləns Stroll və Stoffel Vandorn trasda keçə bilib.

Toto Volff: “Hamıdan çox ötmə etdi və təhlükəsizlik maşını da köməyinə gəldi. Doğru zamanda pitə gəldi və belə etməsəydi, onluğa düşə bilməzdi. Amma bütün peleton bir-birinə yaxın idi və belə halı daha əvvəl görməmişdim. Yeni dünyaya xoş gəlmişsiniz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*