N.Rosberq: “Mercedes heyətini qorumalıdır”

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Mercedes komandası gələn il heyətini qorumalıdır.

F-1.az xatırladır ki, “gümüş oxlar”ın hər iki sürücüsünün müqaviləsi ilin sonunda bitir. Amma Almaniya təmsilçisi hələ də sürücülərlə müqaviləni yeniləməyib. Bəzi iddialara əsasən, Mercedes gələn il Bottasın əvəzinə Daniel Rikkardonu, ya da Esteban Okonu transfer etmək istəyir.

Niko Rosberq: “Mən olsam, qətiliklə ikisini də saxlayardım. Lyuis və Valtteri bir yerdə əla işləyirlər. Bottas bu il yaxşı çıxış edir. Bir neçə yarışda qələbəyə yaxın olsa da, bəxti gətirmədi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*