S.Yamamoto Hispania komandasının ehtiyat sürücüsüdür

Super Aguri və Spyker komandalarının keçmiş sürücüsü Sakon Yamamoto 2010-cu ilin sonunadək Hispania komandası ilə test və ehtiyat sürücü müqaviləsi […]

Super Aguri və Spyker komandalarının keçmiş sürücüsü Sakon Yamamoto 2010-cu ilin sonunadək Hispania komandası ilə test və ehtiyat sürücü müqaviləsi imzalayıb. 27 yaşlı yaponiyalı sürücü cümə sərbəst yürüşlərində trasda işləyəcək…

Sakon Yamamoto: “Yeni komandanın bir hissəsi olmaq fantastikadır, ümid edirəm ki, mən cümə günü sürücülərə məlumat toplamaqda kömək edəcəm. Mən görürəm ki, komandanın əməkdaşları necə ciddi çalışırlar və bu sadiqliyi onlarla bölüşürəm – Bruno və Karunu dəstəkləmək üçün əlimdən gələni edəcəm. Mən bu komandada işimlə fəxr edirəm, axı İspaniya mənim ikinci vətənimdir, mən Barselonada yaşayıram.”

Kolin Kolles: “Biz Sakon Yamamoto ilə müqaviləni elan etməyə şadıq, əminəm ki, o maşının təkmilləşdirilməsinə vacib töhfəsini verəcək və mövsümün Avropa hissəsin əvvəlində bizim komanda daha güclü olacaq.

Biz sıx və məhsuldar əməkdaşlığa ümid edirik, bu müqavilə bizim komandanı paddokda ən beynəlmilə komandaya çevirəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*