Hispania öz maşınını hazırlaya bilər

Malayziya Qran Prisi günlərində Hispania komandasının texniki məsləhətçisi Ceff Uillis İtaliyanın Dallara şirkətinin hazırladığı şassini ciddi tənqid atəşinə tutmuşdu, keçən […]

Malayziya Qran Prisi günlərində Hispania komandasının texniki məsləhətçisi Ceff Uillis İtaliyanın Dallara şirkətinin hazırladığı şassini ciddi tənqid atəşinə tutmuşdu, keçən həftə Formule 1 Race Report həftəliyinə müsahibəsində bu mövzunu komandanın kommersiya direktoru Manfredi Ravetto davam etdirib…

Menfredi Ravetto:Dallara-nın nümayəndələri komandanın işində iştirak etmirlər, onlar yalnız maşını hazırlayıblar, düzdür, bu qədər texniki problemi bu gün siz heç F3-də də görmərsiniz. Əgər biz inkişaf etmək istəyiriksə, onda müstəqil öz maşınımızı hazırlamalıyıq.”

Şayiələrə görə, builki mövsüm məhz yeni maşının hazırlanması komandanın əsas proqramına çevrilə bilər, hərçənd, bu işlər ciddi maliyyə tələb edir.

Komanda Barselonaya qədər qəti qərar qəbul etməlidir, amma qeyri-rəsmi məlumata görə, komanda mövsümün artıq ikinci yarısında yeni şassi hazırlaya bilər və ya üçüncü tərəfdən ala bilər, hər halda komanda mövsümün ikinci yarısını 2011-ci il mövsümünə hazırlıq kimi keçirə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*