Y.Haseqava: “Gələn il çempion olmalıyıq”

Honda Motorsport-un rəhbəri Yasuke Haseqava ümid edir ki, 2017-ci ildə çempionluq uğrunda mübarizə apara biləcəklər...

F-1.az xatırladır ki, Honda mühərrikləri bu il keçənilkinə nisbətən daha dözümlü görünürlər. Hətta, Eric Bulye bidirib ki, Honda mühərriyi Mercedes və Ferrari mühərriklərinin arasındadır.

Yasuke Haseqava bildirib ki, komandanın uğur qazanması üçün əlindən gələni edir: “McLaren-in bütün problemləri güc qurğusundan irəli gəlmir. Bütün sahələrdə daha yaxşı iş görüb, gələn il Dünya Çempionu olmalıyıq.

Hələki şərti ballarımızı nə vaxt istifadə edəcəyimizə qərar verməmişik. Bunun üzərində işləyirik. Detalları analiz edirik və hazır olanda istifadə edəcəyik. Bu ballar hesabına inkişaf etməyi hədəfləyirik.

Çətin olsa da, biz podium üçün yox, qələbə üçün işləyirik. Bizim builki inkişafımız Mercedes-dən daha güclüdür. Buna görə məmnunuq, amma bəs eləmir.

Gələn il Mercedes ilə yarışmaq istəyirik. Alonsoya qələbələr qazanma potensialı olan bolid vermək istəyirik.

McLaren və Honda bir-biri ilə əla işləyir. Keçən il bərbad idi, amma indi daha yaxşıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*