Mazepinin və Rusiyanın yerini almaq istəyənlər çoxdur

Bu arada həm Nikita Mazepinin yerinə, həm də ləğv olunmuş Rusiya Qran Prisinin yerinə namizədlərin sayı artmaqdadır.

Baxmayaraq ki, Haas komandasının başçısı Günter Ştayner ən real namizəd komandanın ehtiyat sürücüsü Pyetro Fittipaldini hesab edir, komandanın motor təchitaçısı Ferrari Antonio Covinazzidə israrlıdır.

F-1.az xəbər verir ki, bu ikilidən başqa Niko Hülkenberqin, Kallum Aylottun da adları komanda ilə çəkilirdi. Bu gün isə məlum olub ki, Alpine komandası Oskar Piastri, Red Bull komandası isə Cehan Daruvala barədə Günterlə danışılar aparıblar. 

Çox güman ki, komanda yaxın günlərdə qərar qəbul etməlidir, çünki martın 10-da artıq Bəhreyn testləri başlayır.

Rusiya Qran Prisini əvəz edəcəklər traslar siyahısına isə Malayziyanın Sepanq avtodromu əlavə olunub. İlk günlərdə Portimao və İstanbulun, daha sonra isə Doha və Saxirin adları çəkilsə də, Sepanq logistik baxımdan daha ideal sayılır. Rusiya yarışı təqvimdə Sinqapur və Yaponiyanın arasında yer aldığına görə, çempionatın təşkilatçıları üçün bu variant sərfəli ola bilər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*