A.Sutil Force İndia-nın testlərinə dəvət oluna bilər

Force İndia çempionatda yeganə komandadır ki, hələ heyətini tam açıqlamayıb. Xeres testlərində komandanı Pol di Resta əsas sürücü kimi təmsil […]

Force İndia çempionatda yeganə komandadır ki, hələ heyətini tam açıqlamayıb. Xeres testlərində komandanı Pol di Resta əsas sürücü kimi təmsil etmişdi, amma testlərin son günü vakant yerə namizədlərdən biri Jül Byanki də yeni VJM06-nın sükanı arxasında işləmişdi.

Artıq Xeresdə şayiələr yayılmışdı ki, Barselona testlərində komanda digər namizədi – Adrian Sutili yoxlayacaq, xatırladaq ki, almaniyalı sürücü 2008-2011-ci illərdə komandanın şərəfini qorumuşdu. Komanda başçısının müavini Bob Förnli Xeresdə bildirmişdi ki, Force İndia Byankini hələ bir il də test sürücü kimi saxlamağa üstünlük verir.

Yeni maşının rəsmi təqdimatı zamanı Förnli elan etmişdi ki, komanda ikinci sürücünün adını mövsümöncəsi testlərinj ikinci seriyası ərəfəsində açıqlayacaq, amma bu qərarı komandanın səhmdarları qəbul etməlidirlər.

Testlərə 5 gün qalıb, hələlik rəsmi bəyanat yoxdur, amma Force İndia-nın nümayəndəsi təsdiq edib ki, Sutil komandanın bazasında olub, oturacaq nümunəsi götürülüb və BBC-yə bildirib ki, “Barselona testlərinin qrafiki hələ təsdiq olunmayıb, amma Adrian testlərdə iştirak edəcək, qrafiki isə bazar ertəsi təsdiq edəcəyik.”

Bir neçə gün öncə Sutilin meneceri bildirmişdi ki, sürücünün komandadakı boş yeri tutmaq şansı var, amma namizədlər sırasında mətbuat Narain Kartikeyanın adını da qeyd edir…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*