“Senna” filmi daha iki mükafat alıb

Dünən axşam Londonda “Senna” filmi BAFTA mərasimində daha iki mükafat alıb – Britaniyanın BAFTA mərasimi Amerikanın Oskar mərasiminin analoqudur. “Senna” […]

Dünən axşam Londonda “Senna” filmi BAFTA mərasimində daha iki mükafat alıb – Britaniyanın BAFTA mərasimi Amerikanın Oskar mərasiminin analoqudur. “Senna” filmi sənədli kino və Ən yaxşı montaj nominasiyalarında mükafata layiq görülüb.

Əlbəttə, filmin yaradıcı heyəti britaniyalı tənqidçilərin diqqətinə tuş gəlmələrinə əmin idilər, xatırladaq ki, Berni Ekklstoun keçən il bu filmi Formula1 haqqında ən yaxşı film adlandırmışdı.

Maniş Pandi, senari müəllifi: “Biz Sennanın ailəsinə dəstəklərinə görə təşəkkür etmək istəyirik. Sizin oğlunuz belə şəraitdə həlak olanda, kimsə gəlib sizə desə ki, biz onun həyatı və ölümü barədə başqalarına danışmaq istəyirik, biz yaxşı uşaqlarıq, bizdə hər şey alınacaq… Böyük fədakarlıq lazımdır ki, bizə dəstək olsunlar və məhz buna görə də onlara təşəkkür edirəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*