S.Domenikali: “Biz məsələnin həllini tapmalıyıq”

Dünən axşam İstanbulda Ferrari komandasının başçısı Stefano Domenikali qarşıdakı həftənin vacibliyindən danışıb, bu həftənin cümə günü, iyunun 12-də FİA gələn […]

Dünən axşam İstanbulda Ferrari komandasının başçısı Stefano Domenikali qarşıdakı həftənin vacibliyindən danışıb, bu həftənin cümə günü, iyunun 12-də FİA gələn il çempionat iştirakçılarının siyahısını dərc etməlidir…

Stefano Domenikali: “Müzakirələr davam edir, biz məsələnin həllini tapmalıyıq. Əgər bu baş verməsə hadisələri izləməyə məcburuq, amma mən ümid edirəm ki, ağıl üstün olacaq. Faktiki olaraq deyil, formal olaraq cümə günü son tarixdir, hərçənd ağılla baxdıqda məsələni gələn ilə kimi müzakirə etmək olar.

Bu tarix həlledici ola bilər, biz nəsə öyrənə bilərik, ya da yarışların gələcəyi barədə düşünə bilərik. Qarşıdurma bizim idmana ciddi ziyan vurur – ayılmaq lazımdır və düzgün qərar qəbul etmək vaxtıdır. Ferrari Formula1-i sevir və biz bu münasibətlərin perspektivinə əmin olmalıyıq. Çempionatı saxlamaq üçün biz hər şeyi edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*