18 Avqust 2019, Bazar - 18:13

S.Sirotkin ittihamlara fikir vermir

S.Sirotkin ittihamlara fikir vermir

Müəllif: Rauf Hacıyev, redaktor

15:06 - 12 Fevral, 2018

Williams komandasının yeni sürücüsü Sergey Sirotkin bildirib ki, haqqında çıxan “pullu sürücü” xəbərlərinə fikir vermir.

F-1.az xatırladır ki, rusiyalı sürücü özü ilə komandaya 20 milyon dollarlıq sponsor paketi gətirib.

Sergey Sirotkin: “Sözün açığı, haqqımda çıxan “pullu sürücü” xəbərlərinə baş qoşmuram. İnsanlar həmişə nəsə yazır və buna öyrəşmişəm. Əgər buna dair sübutları varsa, təqdim etsinlər və mən də onlardan üzr istəyim. Hamı istədiyini yaza bilər.

Düzülüşdəki qızlar barədə nə deyim bilmirəm. Nəticədə yarışa çıxanda onlara fikir verməyə halımız olmur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər ,
Paylaş

logo