S.Peres: “Çox işləməliyik”

Force İndia komandasının sürücüsü Serxio Peres ilk testlərdə komandanın gördüyü işlərdən razı qalıb.

F-1.az xatırladır ki, meksikalı sürücü mövsümöncəsi birinci testlərin son gününü 6-cı yerdə bağlayıb. 26 yaşlı sürücü gün ərzində VJM10 ilə 82 dövrə vurub və Soft təkərlərlə 1:22.534-lük nəticə əldə edib.

Serxio Peres: “Pozitiv həftə idi. VJM10-u başa düşmək üçün yaxşı addımlar atdıq və bunu edərkən təkərlərin də son həddini öyrənmiş olduq. Bolidin içində özümü hələ də yaxşı hiss edirəm. Planlaşdırdığım kimi çox şey öyrəndim. Sonuncu gün keçirilən testlərə görə sevincliyik. Bir az çox yüklənib, daha çox performans əldə etdik. Ümid edirəm ki, gələn həftə daha güclü olarıq. Hələ görüləsi çox iş var, amma Melburn yarışına pozitiv yanaşıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*