S.Fettelin yeni bolidlər barədə ilk təəssüratları

Sebastyan Fettel artan asfaltayatma qüvvəsinə görə yeni bolidlərin əvvəlkilərə nisbətən yaxşı olduğunu düşünür.

F-1.az xatırladır ki, Ferrari qış testlərinə yaxşı başlayıb və hər gün 100-dən çox dövrə vurub.

Mercedes komandasının sürücüsü Valtteri Bottas testlərin üçüncü günündə UltraSoft təkərlərlə birinci olub, Sebastyan Fettel isə Soft təkərlərlə finlandiyalıdan cəmi 0.2 saniyə geri qalıb.

Sebastyan Fettel: “Sürücü kimi baxsaq, hər şey yaxşıdır. Əylənmə yaxşıdır, döngələr yaxşıdır və daha çox asfaltayatma qüvvəsinə sahibik. Yavaş döngələrdə asfaltayatma qüvvəsi azalır, ancaq təkərlər yolu daha yaxşı tutur. Bir dərman kimi işləyir və hər şeyi düzəldir. 2016-cı illə müqayisə çox çətindir.

Daha yaxşı başlaya bilərdik. Hamı son həddə sürür. Hələ çox işləməliyik. Üç gün yaxşı çıxış etdik, amma daha yaxşı ola bilərdik. Amma yenə də çoxlu dövrələr vurduq. Hələ təkmilləşdirməli tərəflərimiz var. Qışda önəmli nöqtələrə fokuslandıq və burada da işimizi görməyə çalışırıq. Hazırda siyahıya görə çox şey etməliyik.

Keçən ilə nisbətən özümüzü daha yaxşı hiss edirik. Hamı bunu deyir. Bir sürücü kimi daha sürətli getmək üçün son həddə sürmək lazımdır. Digər komandaların nə etdiklərinə çox fikir vermədim. Hamı tək dövrə nəticəsinə baxır, amma əsas olan gün ərzində etdiklərinizdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*