Rusiya-2018: Mətbuat konfranslarının cədvəli

Rusiya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü: peletonda yeganə yerli sürücü Sergey Sirotkin (Williams), sonuncu Rusiya yarışının qalibi Valtteri Bottas (Mercedes) və hər Sauber-in hər iki sürücüsü – Markus Eriksson və Şarl Lekler dəvət olunub.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Toto Volff (Mercedes AMG), Siril Abitebul (Renault), Otmar Safnauer (Racing Point) və Pirelli Motorsport-un başçısı Mario İzola jurnalistlərin suallarını cavablandıracaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*