Rəsmən: Azərbaycan Qran Prisinin keçirilmə vaxtı açıqlanıb

Formula1 rəhbərliyi bir az əvvəl gələn il keçiriləcək dünya çempionatının rəsmi təqviminin ilkin versiyasını dərc edib - qeyd edək ki, gələn il çempionatda rekord sayda mərhələ yer alacaq.

F-1.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, təqvimə 2 yeni yarış əlavə olunub – Vyetnam və Hollandiya Qran Priləri mövsümün əvvəlində yer alıblar. Ona görə də Azərbaycan Qran Prisinin vaxtı dəyişdirilib – doğma Bakımız planetin ən nüfuzlu yarışını 5-7 iyunda qəbul edəcək.

Beləliklə, təqvimdən yalnız Almaniya Qran Prisi çıxarıldığı üçün gələn il 22 mərhələ keçiriləcək.

2020-ci il mövsümünün təqviminin ilkin versiyası:

Tarix Qran Pri Keçirildiyi şəhər
15 mart Avstraliya Melburn
22 mart Bəhreyn Saxir
5 aprel Vyetnam Hanoy
19 aprel Çin Şanxay
3 may Hollandiya Zandfort
10 may İspaniya Barselona
24 may Monako Monako
7 iyun Azərbaycan Bakı
14 iyun Kanada Monreal
28 iyun Fransa Le Kastelle
5 iyul Avstriya Şpilberq
19 iyul Britaniya Silverstoun
2 avqust Macarıstan Budapeşt
30 avqust Belçika Spa
6 sentyabr İtaliya Montsa
20 sentyabr Sinqapur Sinqapur
27 sentyabr Rusiya Soçi
11 oktyabr Yaponiya Suzuka
25 oktyabr ABŞ Ostin
1 noyabr Meksika Mexiko
15 noyabr Braziliya San Paulu
29 noyabr Əbu Dabi Yas Marina
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*