Renault yeni reqlamentə keçidə israr edir

Renault-nun nümayəndələri reqlamentdəki dəyişikliklərə əməl olunmasına israr edirlər, söhbət 2013-cü ildən 1.6 litrlik turbomotorlardan istifadə olunmasından gedir. Bu gün fransalı […]

Renault-nun nümayəndələri reqlamentdəki dəyişikliklərə əməl olunmasına israr edirlər, söhbət 2013-cü ildən 1.6 litrlik turbomotorlardan istifadə olunmasından gedir. Bu gün fransalı motor istehsalşçısı bir daha təsdiq edib ki, əgər yeni motorlara keçid təxirə salınarsa, onda onlar Formula1-i tərk edəcəklər.

Mercedes-Benz, FerrariCosworth yeni reqlamentə keçidi bir neçə illiyə təxirə salmaq istəyirlər, amma bunun üçün komandaların və motor istehsalçılarının yekdil razılığını almaq lazımdır. Yekdillik yoxdur – motor istehsalçıları öz aralarında razılıq əldə edə bilməyiblər, amma gələn həftə Formula1-in Komissiyası bu məsələni yenə də müzakirə edəcək.

Jan Fransua Kobe, Renault Sport-un icraçı direktoru: “Biz fikrimizi dəyişməmişik. Biz Jan Todta və Berni Ekklstouna bir daha bildirdik ki, yeni reqlamentə 2013-cü ildə keçilməsinə israr edirik.

Bizim direktorlar şurası Formula1-də proqramı üç şərtlə davam etdirməyə razı olmuşdular. Birincisi, motor texnologiyasında dəyişikliklər, bununla Formula1 maşınları ilə adi yol maşınları arasında böyük əlaqə əldə olunacaq. İkincisi, məsrəflərin azaldılması, üçüncüsü, layiqli nəticələr.

Məsrəfləri iki dəfə azaltmışıq, nəticələrimiz də yaxşılaşıb – Red Bull bizim motorla iki titul qazanıb, amma texnologiyalardan istifadə məsələsi bizim üçün həlledicidir. Biz Ferrari, Mercedes-BenzCosworth-un mövqeyi ilə tanışıq, biz digər istehsalçılarla görüşürük, amma Renault-nun mövqeyi dəyişməz qalır. Mən Berni və Jan Todta dedim ki, biz hazırda “qırmızı zona” adlanan böhran sahəsindəyik, çünki Renault-nun Formula1-də gələcəyinin necə olmasını bilmirik.

Biz Formula1-i tərk etmək istəmirik, amma yeni reqlamentə keçilməsə və ya yenidən düzəlişlər edilsə, biz vəziyyətə nəzarəti itirəcəyik və direktorlar şurasında problemlərlə üzləşəcəyik.

Biz başa düşmək istəyirik ki, idmana kim rəhbərlik edir? Renault bu idmana ildə 100 milyon Avro xərcləyir və biz onun şərtlərini dəyişə bilmərik. Biz Nissan rəhbərliyinə Formula1-in gələcəyindən danışmışdıq, bundan sonra Nissanİnfiniti şempionata gəldi. Onlar üçün bu, uzunmüddətli strategiyadır, amma onlar Renault-nun kursu ilə gedirlər və yeni motorların peyda olmasına ümid edirlər, indi isə vəziyyət qeyri-müəyyəndir. Biz açıq konflikt istəmirik, KİV-dən istifadə etmək istəmirik, amma indi “qırmızı zonadayıq”.

Əgər qaydalara düzəliş edilərsə, yeno motorlar 2015-ci ildən gələrsə, onda bizim çempionatda qalmaq ehtimalımız sıfırdır. Bu məsələ həlledici əhəmiyyət kəsb edir. Siz direktorlar şurasına əvvəl bir layihə, sonra isə digər layihə verə bilməzsiniz. Biz yeni motorun hazırlanmasına artıq 10 milyon Avro xərcləmişik, layihə üzərində iyirmi nəfər işləyir. Biz layihədən imtina edə bilmərik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*