Renault mühərriklərə yenilik gətirməyəcək?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Renault etibarlılıq problemini həll etməmiş yeniliklər gətirməyəcək.

F-1.az xatırladır ki, Renault mühərriyi bu il gücünə görə 3-cü yerdədir və əksər hallarda etibarlılıq problemi yaşayır.

Helmut Marko: “Renault komandasında işlər qaydasındadır. Hülkenberqin bolidində problem yoxdur və rəqabətədavamlı ola bilirlər. Məncə, bunun səbəbi istifadə olunan fərqli yanacaqlardır. Hər halda iki fərqli mühərrik istehsal etmirlər.

Nikonun sıralanma turunda birdən sürətləndiyini görürük, amma bu onun çox istedadlı sürücü olmasından irəli gəlir. Yarışda isə templəri əvvəlki ilə nisbətən fərqli deyil. Hazırda çox vacib etibarlılıq problemləri var və bunlar həll edilənə qədər mühərriyin tərəqqisi dayandıralacaq. Ümid edirəm ki, qısa müddət ərzində bu problemi həll edərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*