R.Dennis: “Əminəm ki, komanda rəqabətədavamlı olacaq”

Melburnda stüardların aldadılması ilə bağlı olan qalmaqal McLaren komandasına baha başa gəldi – komandada 1974-cü ildən işləmiş və adi mexanikdən […]

Melburnda stüardların aldadılması ilə bağlı olan qalmaqal McLaren komandasına baha başa gəldi – komandada 1974-cü ildən işləmiş və adi mexanikdən idman direktoruna kimi yüksəlmiş Deyv Rayan işdən çıxarıldı, Ron Dennis isə Formula1-lə əlaqələrini tam kəsdi və McLaren Group-un McLaren Automotive bölümünə keçdi. Amam qalmaqala nöqtə qoyulub və Ron Setanta Sports qəzetinə müsahibəsində çempionatdakı vəziyyəti şərh edib…

Ron Dennis: “Mən hadisələri kənardan izləyirəm və görürəm ki, komanda ldierlərdən geriqalmanı kəskin azaldıb. Bəhreyndə onlar inamla dördüncü yer uğrunda mübarizə aparmaq üçün kifayət qədər rəqabətədavamlı idilər və indi komanda İspaniyaya yeni maşın hazırlamaqla məşğuldur.

Mən isə bütün diqqətimi yol maşınlarının hazırlanması layihəsinə yönəltmişəm. Əminəm ki, komanda mövsümün sonuna yaxın qələbə uğrunda mübarizə aparacaq və bu inkişafı tezliklə görməyə ümid edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*