R.Braun: “Mixael yenə də yarışlara vurulub”

Barselona testlərində Mercedes GP komandasının başçısı Ross Braun yeddiqat dünya çempionu Mixael Şumaherin motivasiyasından və maşın üzərində görülən işlərdən danışıb… […]

Barselona testlərində Mercedes GP komandasının başçısı Ross Braun yeddiqat dünya çempionu Mixael Şumaherin motivasiyasından və maşın üzərində görülən işlərdən danışıb…

Ross Braun: “Bir neçə il əvvəl Şumaher karyerasını başa vurmaq qərarını qəbul etmişdi, o sadəcə Formula1-dən yorulmuşdu, amma bu gün Mixael yenidən yarışlara vurulub. Niko ilə birlikdə o maşının təkmilləşdiriliməsi üzərində ciddi işləyir, o əvvəllər olduğu kimidir.

Bu gün Mixael ilk dəfə trasa az yanacaqla çıxmışdı, o hələ tam sürətini göstərməyib, amma komanda da sürətli maşın hazırlamalıdır – bu bizim borcumuzdur. Vəziyyət keçən il olduğu kimi ideal deyil, o zaman biz testlərdə Brawn GP ilə debat edərkən dərhal rəqabətədavamlı olmuşduq, bu gün hər şey başqa cürdür, amma iş davam edir – düzdür, geriqalma böyük deyil, biz əlimizdən gələni edirik ki, fərqi aradan qaldıraq, amma söhbət onda bir saniyələrdən gedir.

Bəhreynə komanda maşının ciddi yenilənməsini hazırlayır, maşının sürəti və effektliyi artmalıdır. Mercedes MGP W01 dolu yanacaqla özünü daha yaxşı aparır, hərçənd, belə vəziyyətdə müqayisə etmək çətindir – biz rəqiblərin maşınlarında olan yanacağın miqdarını bilmirik. Testlərə baxsaq, yarış məsafəsində nəticələr yaxındır – dünən biz yarışı imitasiya etdik və Niko çox rəqabətədavamlı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*