R.Braun: “Heç bir sirr yoxdur”

İstedadlı mühəndislər Formula1-də uğur qazana bilərlər, istedadlı komanda başçıları da uğur qazana bilərlər, amma bu iki keyfiyyətin bir adamda cəmləşməsi […]

İstedadlı mühəndislər Formula1-də uğur qazana bilərlər, istedadlı komanda başçıları da uğur qazana bilərlər, amma bu iki keyfiyyətin bir adamda cəmləşməsi ağlagəlməz effekt verir. Motor Racing jurnalının müxbiri Conatan Makevoy Ross Braundan bu uğurun sirrini soruşub…

Ross Braun: “Heç bir sirr yoxdur. Mən yetmişinci illərin sonunda Frənk Uilyams və Patrik Heddən çox şey öyrəndim, qalanı isə təcrübə ilə gəldi. Əsas prinsiplərdən biri – siz əməkdaşlara elə yanaşmalısınız ki, necə onların sizə yanaşmasını istəyirsiniz. Heç bir xüsusi metod yoxdur, heç bir xüsusi fəlsəfə yoxdur, amma effektiv planlaşdırma və işin təşkili çox vacibdir.

Mən Ferrari-də on il çalışdım, bu müddət tarixə düşüb – mən başa düşdüm ki, şəraiti dəyişmək vaxtı çatıb. Censon və Mixael? Onların hər ikisinin həlledici anda lazım olan nəticəyə nail olma bacarıqları var, həm sıralanma turunda, həm də yarışda.

Əlbəttə, bizi Ferrari ilə müqayisə etmək olmaz, bizim kiçik, effektiv komandamız var və bu gün mənim rəisim yoxdur. Biz hamımız bir kollektivik və bilirik ki, hər şeyə özümüz nail olmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*