R.Braun: “Əsas problem aşağı temperaturdur”

Sərbəst yürüşlərdə Brawn GP sürücüləri yaxşı nəticələr göstərə bilməyiblər və komandanın başçısı Ross Braun belə uğursuz çıxışı soyuq hava və […]

Sərbəst yürüşlərdə Brawn GP sürücüləri yaxşı nəticələr göstərə bilməyiblər və komandanın başçısı Ross Braun belə uğursuz çıxışı soyuq hava və təkərlərin qızıdırılma çətinlikləri ilə əlaqələndirib…

Ross Braun: “Əsas problem havanın və trasın aşağı temperaturudur, buna görə də biz təkərləri optimal işçi temperatura qədər qızdıra bilmirik. Amma sıarlanma turunda boş maşınla heç bir problem olmamalıdır, lakin yarış üçün sazlanmalar seçmək çox çətin olacaq.

McLaren bu trasda çox inamlı görünür, xüsusən də Lyuis, onun maşını tamamilə yenilənib, Ferrari də sürətli görünür, ona görə də rəqabət çox sərt olacaq.

Biz sıralanm aturunda yüksək nəticəyə ümid edirik, amma buna əmin deyilik, çünki təkərlərlə problem üzündən, təəssüf ki, sazlanmalar üzərində işləyə bilmirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*