16 Dekabr 2019, Bazar ertəsi - 12:22

Racing Point yeni sponsor tapıb

Racing Point yeni sponsor tapıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:15 - 25 Yanvar, 2019

Racing Point komandası texnologiya şirkəti RNT Raussch GmbH ilə çoxillik sponsorluq müqaviləsi bağlayıb.

F-1.az bildirir ki, Kanada təmsilçisi bu anlaşmaya görə yarışlarda daha təhlükəsiz və dəqiq işləyən avadanlıqlardan istifadə edəcək. Həftəsonu ərzində əldə edilən bütün məlumatlar bu avadanlıqlar hesabına daha güvənli saxlanılacaq.

Bu barədə komandanın rəhbəri Otmar Safnauer danışıb: “Proqramlaşdırmada Acronis-dən sonra RNT Rausch ilə müqavilə bağladıq və bu müqavilə daha təhlükəsiz və güvənli sistem üçün vacibdir”.

RNT Rausch GmbH-ın rəhbəri Sebastyan Noeltinq isə bu barədə belə danışıb: “Formula1 sürət və məlumatlarla yaşayır. Komandanın gələcəkdə əldə edəcəyi uğurlarda payımızın olması üçün əlimizdən gələni edəcəyik”.

Şirkətin loqotiplərinin bolidin harasına vurulacağı müəmmalıdır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 362
Teqlər ,
Paylaş

logo