R.Qrojan 40 yaşına kimi yarışmaq istəyir

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Formula1-də 40 yaşına qədər yarışmaq istəyir.

F-1.az xatırladır ki, 31 yaşlı sürücü idmanda 2009-cu ildə Renault komandası ilə debüt edib. Daha sonra isə Lotus və Haas komandalarında çıxış edib. Fransalı sürücü bu il Haas komandasında 3-cü mövsümünü keçirəcək.

Roman Qrojan: “Karyeramı bitirməyə çox var. Formula1-ə əslində 27 yaşında başladım. Buna görə də önümdə uzun yol var. Bəlkə 40 və ya 40-a az qalmış. İnanıram ki, hələ 8-9 mövsümüm var və yaxşı vəziyyətdəyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*