17 Noyabr 2019, Bazar - 08:24

Q.Hartsteyn: “Bizə qalan – yalnız gözləməkdir”

Q.Hartsteyn: “Bizə qalan – yalnız gözləməkdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:41 - 31 Yanvar, 2014

FİA-nın keçmiş tibbi nümayəndəsi, hazırda Lyej universitet hospitalının anestezilogiya və fövqəladə hallarda tibb professoru Qəri Hartsteyn Britaniya mətbuatında Mixael Şumaxer […]

FİA-nın keçmiş tibbi nümayəndəsi, hazırda Lyej universitet hospitalının anestezilogiya və fövqəladə hallarda tibb professoru Qəri Hartsteyn Britaniya mətbuatında Mixael Şumaxer haqqında peyda olan şayiələrə reaksiya verib – xatırladaq ki, The Daily Mail qəzetində yeddiqat dünya çempionunun sağalma perspektivləri müzakirə olunmuşdu.

Hartsteyn qeyd edib ki, Qrenoblda olmayıb, Mixaeli müalicə edən həkimlərlə ünsiyyətdə olmayıb, onun zədəsi ilə bağlı olan sənədləri görməyib və şərhlərində yalnız öz təcrübəsinə və buna bənzəyən zədələrlə məşğul kolan kolleqalarının təcrübəsinə əsaslanır…

Qəri Hartsteyn: “İndi nə baş verə bilər? Çox güman ki, Mixael hələ də intensiv terapiya şöbəsindədir. Çünki aldığı zədədən sonra onu yüksək səviyyəli tibbi xidmət lazımdır, həm də onu adi palataya keçirsəydilər, bu hamıya məlum olardı. Əgər Mixaelə hələ də havanı respiratorla verirlərsə, onda ona traxeotomiya ediblər. Bu səs tellərini qorumaq üçün vacibdir…

Əlbəttə, əsas məsələ “süni koma”dadır. Mən bu termini heç xoşlamıram, çünki özündə heç bir faydalı məlumat daşımır. Məlumdur ki, Mixael hospitala çatdırıldıqda kəllədaxili təzyiqi yüksək olub – təzyiqi aşağı salmaq mümkün olub. Hazırda, ekstremal dövr arxada qalıb, kəllədaxili təzyiq problemi gündəmdə yoxdur. Qanaxma və əzilmələr tədricən gedəcək…

Bu, yaxşı əlamət olardı: əgər təzyiq effekti azalıbsa, əgər Mixaeli tədricən normal tənəffüsə qaytarırlarsa, onda bir həftədən sonra biz rahat nəfəs ala bilərik . Bu o deməkdir ki, müalicədə müəyyən inkişaf var, amma onun dinamikasını proqznoqlaşdırmaq çətin olacaq…

İstisna etmirəm ki, Mixael hələ də sərbəst nəfəs ala bilmədiyi üçün ona çubuqla hava verilir və normal həyata qayıdış əlamətləri yoxdur. Zədədən üç həftə sonra belə bir xəbər ən pis variantdır və sağalmağın qeyri-mümlünsüzlüyü riski yüksəkdir.

Qısa olaraq “böhran, ağır vəziyyət” və “stabil vəziyyət” terminləri haqqında. Hər şeydən əvvəl deyim ki, hər iki termin konkret deyil. Hər iki termini həkimlərin ümumi cavabı kimi qəbul eləmək lazımdır. Birinci termin bildirir ki, xəstənin həyatına və ya həyati vacib orqanlarına təhlükə var. İkinci termin isə bildirir ki, hansısa vəziyyət tez-tez dəyişir, amma ümumi normalar çərçivəsində qalır. Beləliklə, Mixaelin vəziyyəti artıq ağır deyil (kəllədaxili təzyiq normallaşıb), amma stabildir (onun bütün fizioloji parametrləri müəyyən normada qalır).

İndi isı keçək ağır mövzuya. Sonu necə olacaq?.. Hər şeydən əvvəl, icazə verin bir şey deyim: hadisədən əvvəl tanıdığımız Mixaelin eynilə qayıtması şansı çox azdır. Güman edirəm ki, əgər o müstəqil gəzə biləcəksə, geyinə biləcəksə, öz fərdiliyini müəyyən qədər saxlaya biləcəksə, bunu müasir tibb elminin zəfəri və insanın bərpa olma qabiliyətinin qələbəsi hesab etmək olar. Əgər onun sağalması bu fazaya çatacaqsa (tam MÜMKÜNDÜR, hərçənd, ehtimalı olduqca azdır), onda Mixaelin “yüksək funksiyaları”nın bərpa səviyyəsi açıq qalacaq – yaddaşı, konsentrə qabiliyyəti, mütaliəsi və s. Bu başdan deyim ki, bu məsələdə səhv etmək istəyirəm!

Ən pis sonluq isə komanın davam etməsidir… Aydındır ki, bu pis nəticədir və mümkündür… Bu, vegetativ vəziyyətdir. Əgər təxmini statistikaya baxsaq, bu cür zədə alanların 50%-i bir aydan sonra normal həyata qayıtsalar da, nevroloji pozuntularla yaşayırlar. Əgər vegetativ vəziyyət 6 ay sürərsə, onda bu ehtimal 20%-ə düşür. Bir ildən sonra normal həyata qayıdanlara nadir rast gəlinir…

Ona görə də narahatçılığa əsas var, özü də ciddi narahatçılığa. Amma ümidi itirməyə əsas yoxdur. Bu sahədə çalışan istənilən həkim heç bir həyat şansı olmayan xəsətələrin belə tam sağalma halları ilə üzləşib. Bizə qalan isə yalnız gözləmək və Mixaeli dəstəkləməkdir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 455
Teqlər , , ,
Paylaş

logo