Lakin bütün bunlar çempionatın populyarlığına heç cür təsir etmir – Formula1-in hesabat verdiyi mövsümi rəsmi statistikaya görə, əsas göstəricilər üzrə tamaşaçı marağında davamlı artım müşahidə olunur.
Proqnozlara görə, 2026-cı ildə Formula1-in qlobal auditoriyası 830 milyondan çox olacaq – bu 2018-ci illə müqayisədə 64% artım deməkdir, yəni çempionatın sahiblərinin dəyişdiyi ilk tam il. 2025-ci ilin sonuna kimi dünya miqyasında azarkeşlərin sayı artıq 827 milyon təşkil edib.
Keçən il olduğu kimi, auditoriyanın 43%-i 35 yaşınadək şəxslərdir. Qadınların payı 43% səviyyəsində qalır, lakin Formula1-ə yeni qoşulan azarkeşlər arasında qadınların payı artıq 75%-ə çatır.
Mövsümün artıq baş tutmuş bütün 11 mərhələsi dolu tribunalarla keçirilib. Bildirilir ki, bu 11 yarış həftəsonu ərzində Qran Priyə ev sahibliyi edən traslarda ümumilikdə 3.7 milyon tamaşaçı olub. Keçən ilin eyni dövründə bu rəqəm 3.4 milyon idi.
Rekord ziyarətçi sayı Avstraliya, Kanada, Avstriya, Birləşmiş Krallıq, Belçika və Macarıstan mərhələlərində qeydə alınıb. Yalnız Silverstounda həftəsonu trasda 564 min insan olub. Ən çox artım Yaponiya Qran Prisində qeydə alınıb – 18%.
2026-cı ildə Formula1-də baş verən dəyişikliklərə münasibətin qarışıq olmasına baxmayaraq, çempionatın təşkilatçıları tərəfindən müntəzəm aparılan sorğular göstərir ki, iştirakçıların 60%-i yarışların səviyyəsini yaxşı və ya əla qiymətləndirir.





