24 Oktyabr 2019, Cümə axşamı - 00:41

Pit-leyndəki insident F.Massanı məyus etməyib

Pit-leyndəki insident F.Massanı məyus etməyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:53 - 03 May, 2010

Arxada qalmış Çin Qran Prisinin ən yaddaqalan anlarından biri də pit-leyndə Fernando Alonsonun Felipe Massanı keçməsi olmuşdu. İspaniyalı sürücü son […]

Arxada qalmış Çin Qran Prisinin ən yaddaqalan anlarından biri də pit-leyndə Fernando Alonsonun Felipe Massanı keçməsi olmuşdu. İspaniyalı sürücü son anda komanda yoldaşını qabaqlamış və komandasının sərəncamına birinci çatmışdı, braziliyalı sürücü isə mexaniklər birinci maşında təkərləri dəyişənə kimi arxada gözləməli olmuşdu və bununla da çoxlu vaxt itirmişdi.

Bir çoxlarına bu manevr kifayət qədər kobud görsənsə də, Felipe Massa etiraf edib ki, təəssüflənmir, çünki pit-stopa getdiyi dövrədə sonuncu sancaqdan pis çıxdığı üçün mövqeyini özü komanda yoldaşına verib…

Felipe Massa: “Həmin dövrədə mən sancağa pis daxil oldum, maşın gölməçəyə düşdü, nəzarəti itirdim, sürəti azaltdım, Fernando isə daxili trayektoriya ilə mənimlə bərabərləşdi. Həmin an mən bilmirdim ki, o da pit-stopa gedəcək, bizim maşınlar pit-leynə bir daxil olduqda o yenə də daxili radiusda idi və mən qəza törətməmək üçün yerimi ona verdim. Mən bilmirəm qaydalarda bu barədə nə var, amma məncə, biz qaydanı pozmadıq – digər sürücülər eyni cür hərəkət edərdilər, amma yaxşı olar ki, siz bu barədə Çarli Uaytinqdən soruşasınız.”

Fernando da bu manevrdə bir qəbahət görməyib…

Fernando Alonso: “Əminəm ki, bu adi bir manevr idi. İki komanda yoldaşı trasda mübarizə apararkən, həmişə bu cür şayiələr yayılır. Amma əgər bu manevri iki müxtəlif maşın etsəydi, bu insidentə heç kim diqqət ayırmazdı. Mənə elə gəlir ki, son döngədə Felipe səhvə yol verdi, mən də onu qabaqladım…”

Ferrari komandasının başçısı Stefano Domenikali də əmindir ki, onun sürücüləri trasda əlavə riskə yol vermədən ədalətli mübarizə aparıblar…

Stefano Domenikali: “Yarışda istənilən hücum, ötmə aqresiv görünə bilər. Amma Fernando əsil sürücüdür, Felipe isə bu vəziyyətdə çox ağıllı hərəkət elədi. Mən başa düşürəm ki, həm an o nə hisslər keçirirdi, amma insident komandanın atmosferinə təsir etməyib, bu isə vacibdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər
Paylaş

logo