20 Avqust 2019, Çərşənbə axşamı - 09:48

P.Hembri: “Yarışlar daha maraqlı olacaq”

P.Hembri: “Yarışlar daha maraqlı olacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:07 - 06 Mart, 2011

Təkər reqlamentinin dəyişməsi son onillikdə qüvvələr nisbətinə ciddi təsir edib. Bu il təkər reqlamenti dəyişməyib, amma təchizatçı dəyişib – bir […]

Təkər reqlamentinin dəyişməsi son onillikdə qüvvələr nisbətinə ciddi təsir edib. Bu il təkər reqlamenti dəyişməyib, amma təchizatçı dəyişib – bir çoxları hesab edirlər ki, Pirelli təkərlərinin davranışı və komandalarla sürücülərin adaptasiya qabiliyyəti qarşıdakı mövsümdə həlledici faktor olacaq. Pirelli Motorsport-un başçısı Pol Hembri bu fikirlə razıdır…

Pol Hembri: “Mən əminəm ki, yeni təkərlərə keçid yarışları daha maraqlı edəcək. Strategiyanın hazırlanması zamanı komandaların qərarları, komanda pultunda effektiv çıxış yolları və sürücülərin trasda vəziyyətə nəzarət etməsi qarşıdakı mövsümdə uğur qazanmağın başlıca hissəsi olacaq.

Bu yaxınlarda mən Mixael Şumaherlə söhbət edirdim və Mixael məndən mövsümün gedişində təkərlə iş üzrə strategiyamızla maraqlandı. Mixael Barselonada birinci dəfə yarışı imitasiya edərkən, o üç dəfə boksa getməli olmuşdu. Şumaher yeni təkərlərə öyrəşməlidir, axı təkərlərin hazırlanması zamanı biz konkret sürücünün tələblərini ödəməmişik, biz yarışların baxımlılığını artırmağa çalışmışıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər
Paylaş

logo