A.Kosta: “Biz ciddi inkişafa ümid edirik”

Ferrari-nin texniki direktoru Aldo Kosta maşının yeni versiyasının debütünə böyük ümidlər bəsləyir, amma hesab etmir ki, bu yeniliklər komandaya qələbə […]

Ferrari-nin texniki direktoru Aldo Kosta maşının yeni versiyasının debütünə böyük ümidlər bəsləyir, amma hesab etmir ki, bu yeniliklər komandaya qələbə uğrunda mübarizə aparmaq imkanı verəcək…

Aldo Kosta: “Mən sizə konkret rəqəmlər deyə bilmərəm, amma bu addım maşının adi yenilənməsindən böyükdür. Biz mövsümün ortasıa planlaşdırdığımız yenilikləri də buraya gətirmişik. İntensiv proqram nəticəsində biz bir çox qərarları toplaya bilmişik.

Konstruksiyadakı dəyişiklik ikiqat diffuzordan istifadə ilə əlaqədardır, çox ciddi dəyişikliklər etmişik, aerodinamik testlərdə də bunu yoxlamışıq. Bir çox elementlərin yerini dəyişmişik. Biz əminik ki, yeni maşın irəliyə doğru böyük addımdır, amma bu kifayət deyil ki, biz qarşımıza qoyduğumuz məqsədimizə çataq. İşimizi davam etdirməliyik, maksimum aqresiv yanaşmadan yararlanmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*