P.Verlyayn da dəbilqəsini təqdim edib…

Niko Hülkenberq və Roman Qrojandan sonra, bir neçə gün əvvəl Manor-un sürücüsü olması dəqiqləşən Verlyayn da dəbilqəsini təqdim edib.

F-1.az xəbər verir ki, gənc sürücü dəbilqəsinin şəklini şəxsi twitter bloqunda paylaşıb.

Qızılı və qara rənglərin üstünlük təşkil etdiyi dəbilqədə Verlyaynın sürücü nömrəsi olan 94 rəqəmi yan tərəflərdə qızılı rəng ilə ağ fonda yazılıb. Ondan bir qədər aşağıdakı qara zolağın üzərində isə sürücünün adı və soyadı, həmçinin vətəndaşlığını daşıdığı 2 ölkənin – Almaniya və Mavrikinin bayraqları əks olunub.

Verlyaynın paylaşdığı şəklin sağ aşağı küncündəki JMD loqotipi göstərir ki, dəbilqənin dizaynı uzun illər Sebastyan Fettellə əməkdaşlıq etmiş Yens Münzerə aiddir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*