P.Simonds: “Rəqiblərimizdən geridəyik”

Williams komandasının texniki direktoru Pət Simonds bildirib ki, rəqibləri gələnilki qaydaları daha yaxşı dəyərləndirirlər.

F-1.az xatırladır ki, 2017-ci il Formula1 mövsümündə daha enli təkərlərdən istifadə ediləcək. Bundan başqa bolidlər də daha enli və aerodinamika cəhətdən daha güclü olacaqlar. Bəzi komandalar artıq gələnilki bolidlərin üzərində işləri yekunlaşdırmaq üzrədirlər.

Simonds inanır ki, bəzi komandalar yeni qaydaları daha yaxşı dəyərləndirirlər: “Bu bizim işimizin bir hissəsidir və bəzi komandalar Williams komamdasına nisbətən öndədirlər. Biz güclü olmaq üçün gecə-gündüz işləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*