P.Qasli Formula1-də yarışacağına inanır

Hazırda GP2-də çıxış edən gənc sürücünün Toro Rosso-ya Daniil Kvyatın yerinə keçəcəyi deyilir.

F-1.az xəbər verir ki, Toro Rosso komandası gələn mövsüm də indiki sürücüləri ilə çıxış etməyi düşünsə də, Pyer Qasli gələcəkdə Formul1-də çıxış edəcəyinə əmindir.

Pyer Qasli: “Maks Toro Rosso-ya gəlişindən cəmi ilyarım sonra Red Bull-a keçdi. Deməli, hər şey ola bilər və mənim də şansım var. Yaxşı yarışsam, yaxşı fürsətlər əldə edəcəyimi bilirəm. Buna görə də işimi ən yaxşı formada görməyə çalışıram.

Bu mövsüm mənim üçün çox önəmlidir. Hazırda diqqətimi GP2-yə yönəltmişəm. Burada uğur qazandıqdan sonra nələrin baş verdiyini görəcəyik. Təbii ki, Toro Rosso-ya keçmək istəyirəm. Lakin hazırda bunu düşünərək diqqətimi dağıtmaq istəmirəm”.

Qeyd edək ki, Qasli GP2-də Prema Racing komandasının tərkibində çıxış edir. Hazırda ümumi nəticəyə görə 4-cü yerdə olan fransız sürücü Bakıda keçirilən GP2 yarışlarından ikincisində 2-ci yeri tutmuşdu.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*