N.Hülkenberqin gələcəyi Rosberqdən asılıdır?

Ser Frənk Uilyams Almaniyanın Bild qəzetinə bu günlərdə bildirib ki, Niko Hülkenberqin Formula1-də gələcəyi Niko Rosberqin planlarından asılıdır. Perspektivli gənc […]

Ser Frənk Uilyams Almaniyanın Bild qəzetinə bu günlərdə bildirib ki, Niko Hülkenberqin Formula1-də gələcəyi Niko Rosberqin planlarından asılıdır. Perspektivli gənc sürücü bu il GP2 seriyasında çıxış edir və Williams-ın ehtiyat pilotu öhdəliyini yerinə yetirir. Nikonun maliyyə məsələlərini isə Mixael Şumaherin meneceri Villi Veber aparır. Bild jurnalisti komanda başçısından Hülkenberqin gələn mövsüm komandada yerinin nə dərəcədə zəmanətli olmasını soruşub…

Frənk Uilyams: “Çox güman ki, mən bu suala birbaşa cavab verə bilməyəcəm. Çox şey onun adaşının gələcək planlarından asılıdır. Amma sözsüz ki, biz Hülkenberqə çoxdan göz qoyuruq.”

Kazuki Nakacimanın gələcəyinə, deyəsən, zəmanət verilib, beləki onu Williams-ı motorla təchiz edən Toyota dəstəkləyir, Rosberqə isə iki komanda maraq göstərir: BMW Sauber və McLaren. Xatırladaq ki, Rosberqin Williams-la müqaviləsi mövsümün sonunda başa çatır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*