N.Haydfeld KERS-lə, R.Kubitsa KERS-siz

Auto Motor und Sport qəzeti BMW-nin idman şöbəsinin başçısı Mario Tayssendən son məlumatları dərc edib. Avstraliya Qran Prisi ərəfəsində alman […]

Auto Motor und Sport qəzeti BMW-nin idman şöbəsinin başçısı Mario Tayssendən son məlumatları dərc edib. Avstraliya Qran Prisi ərəfəsində alman mütəxəssis bildirib ki, mövsümün ilk yarışında Nik Haydfeld KERS quraşdırılmış maşında çıxış edəcək, Robert Kubitsa isə starta adi maşınla çıxacaq. Belə qeyri-adi qərara səbəb sürücülərin çəkiləri arasındakı fərqdir, bundan başqa bu qərar real yarış şəraitində iki müxtəlif maşını müqayisə etməyə imkan verəcək…

Mario Tayssen: “Yeni reqlament ağır çəkili sürücülərin həyatını çətinləşdirib. Bizim hazırladığımız KERS çox yüngüldür, amma buna baxmayaraq biz Robertin maşınında optimal çəkipaylanamsını əldə edə bilmədik. Ümid edirik ki, bu problemi mövsümün gedişində həll edəcəyik.

KERS-in təmin etdiyi sürət üstünlüyü çox böyükdür, biz bundan yararlanmay bilmərik. Hər bir yeniliyin debütündə onun imtina riski var, amma bu halda biz düşünürək risk edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*