12 Dekabr 2018, Çərşənbə - 20:31

N.Hülkenberq: “Formula1 hələ də çox seksidir”

N.Hülkenberq: “Formula1 hələ də çox seksidir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:03 - 12 Aprel, 2016

Force İndia komandasının sürücüsü Niko Hülkenberq bütün tənqidlərə baxmayaraq, Formula1 yarışlarının hələ də cəlbedici olduğunu deyib…

F-1.az xatırladır ki, Formula1 son illərdə sərt tənqidlərə məruz qalır və bu tənqidlərə Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) da qoşulub.

Niko Hülkünberq: “Hamı bu idman barədə mənfi rəylər verir, ancaq Formula1 hələ də seksidir və yaxşı məhsuldur. Yarışlar həmişə yaxşıdır, bilirsiniz.

Həmişə inkişaf etmək mümkündür. Mən ən çox V8 və V10 mühərriklərinin səsi üçün darıxıram. Səs Formula1 üçün böyük amildir.

Bolidlər bir az ağırdır və ona görə də dinamik deyillər. Bunu çıxsaq, hər şey yaxşıdır. Bəlkə də bu ortabab və kiçik komandalar üçün maliyyə cəhətdən daha yaxşıdır.

Mən demirəm ki, hər şey düzgündür. Ancaq yenə də yaxşı məhsuldur. Formula1 avtomobil yarışlarının zirvəsidir. Ancaq təkmiləşdirilməli bəzi sahələr var.

Ancaq yenə təkrar edirəm. Əgər 100 nəfərdən soruşsaq, 60 fərqli fikir eşidəcəksiniz. Problem budur. Biri sola getmək istəyirsə, digəri sağa getmək istəyir. Ancaq hazırda əlimizdəki məhsul heç də pis deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 440
Teqlər ,
Paylaş

logo