N.Əl-Əttiyah: Alonso Dakara qayıtmalıdır

Toyota komandasının sürücüsü Nasser Əl-Əttiyah ümid edir ki, Fernando Alonso yenidən Dakara qayıdacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2020-ci ildə Dakar Rallisində Toyota Hilux ilə mübarizə aparmış və 13 etapın 10-da onluğa düşmüşdü. Formula1 üzrə ikiqat Dünya Çempionu ilk dəfə qatıldığı Dakar rallisində 13-cü yeri tutmuşdu.

Nasser Əl-Əttiyah: “Fernandoya tez-tez deyirəm ki, gəl Dakarda yarış. Onu Formula1-dən tanıyıram. Onunla 2019-cu ildə bizimlə yarışanda tanış oldum. Komanda mənə demişdi ki, qumlu təpələrdə ona dərs keçim. Bunun üçün Qətərdə üç gün sürdü və əla performans göstərdi. Çox istedadlıdır.

Dakarda hamı sürətini göstərmək istəyər, ancaq bunun üçün təcrübəniz olmalıdır. Dakar tarixinə baxsanız, görərsiniz ki, qalib gəlmək üçün 5-6 illik təcrübə lazımdır. Yenə də Fernandonun bizimlə olması gözəl idi. Onun qayıtmasını gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*