18 Sentyabr 2019, Çərşənbə - 07:22

M.Uebber: “Komandanın dublu əla nəticədir”

M.Uebber: “Komandanın dublu əla nəticədir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:59 - 11 May, 2011

Red Bull komandası Türkiyədə çox güclü çıxış edib. Sıralanma turunda ilk cərgədən start alan komandanın sürücüləri finişdə də eyni mövqeləri […]

Red Bull komandası Türkiyədə çox güclü çıxış edib. Sıralanma turunda ilk cərgədən start alan komandanın sürücüləri finişdə də eyni mövqeləri tutublar, Mark Uebber üçün yarışın startı çətin alınsa da, yarışın sonunu güclü keçirib…

Mark Uebber: “İkinci yer pis deyil. Mən çox şad oldum ki, yarışı başa vurdum, həm də finişdə ikinci oldum. Yarış boyu bizim Alonso ilə yaxşı duelimiz oldu: mübarizə belə gərgin olanda, istər-istəməz vaxt itirirsən, sonda mən onu keçdim və hər şey yaxşı qurtardı.

Komanda birinci pit-stopa məni vaxtından əvvəl çağırdı, komanda təkərlərin çox yeyilməsindən ehtiyat edirdi. Ferrari də eyni addımı atdı və bizim Alonso ilə gərgin mübarizəmiz başladı. Amma bir şeyi qəti bilirdik ki, artıq 4 pit-stoplu taktikaya keçmişik.

Bu gün Sebastyan çox inamlı idi, komandanın dublu isə əla nəticədir. Amam Fernando da yarışı güclü keçirdi. Mən İstanbulu yaxşı əhvalla tərk edirəm – bu mənim mövsümdə hələlik ən yaxşı nəticəmdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 294
Teqlər
Paylaş

logo