Xeres, 16 mart

Fernando Alonso Xeres testlərinin ikinci günü protokollara başçılıq edib və ən yaxşı dövrəsində ikinci olmuş Rubens Barrikellonu 0.05 saniyə qabaqlaya […]

Fernando Alonso Xeres testlərinin ikinci günü protokollara başçılıq edib və ən yaxşı dövrəsində ikinci olmuş Rubens Barrikellonu 0.05 saniyə qabaqlaya bilib. İspan sürücü ən yaxşı nəticəsini axşama yaxın göstərib, nahardan əvvəl isə o bir neçə uzun seriyalı dövrələr vurub.

Brawn GP komandasında bu gün trasa hər iki sürücü çıxıb. Səhər Rubens Barrikello 62 dövrə vurub, nahardan sonra Censon Batton cəmi 12 dövrə vura bilib – indiyə kimi ən etibarlı sayılan BGP001 bu il ilk dəfə nasazlıq üzündən trasda dayanıb. Amma Censonun qısa müddət ərzində göstərdiyi nəticə protokollarda üçüncü sətri tutub.

Dördüncü sətri isə sonuncu dünya çempionu Lyuis Həmilton tutub. Bu gün McLaren komandası aerodinamik elementlərin effektliyinin artırılması ilə məşğul olub və səhər britaniyalı sürücü trasa diffuzorun üzərinə bərkidilmiş ölçü cihazı ilə trasa çıxıb. Ən sürətli dövrəsində Lyuis Fernandoya bir saniyədən çox uduzub.

Niko Rosberq günün ən böyük məsafəsini qət etməklə protokollarda sonuncu sətri tutub…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. F.Alonso Renault Renault 1:18.343 99
2. R.Barrikello Brawn GP Mercedes + 0:00.055 62
3. C.Batton Brawn GP Mercedes + 0:00.549 12
4. L.Həmilton McLaren Mercedes + 0:01.170 85
5. N.Rosberq Williams Toyota + 0:01.440 123

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*